Çökən məktəbdə ölənlərin sayı AÇIQLANDI

15:14 31.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat işləri zamanı təhsil ocağına məxsus binanın çökməsi nəticəsində 3 nəfər həlak olub.

 

Hafta.az xəbər evrir ki, bu barədə modern.az-a Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Reanimasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, dağıntılar altından 3 nəfərin meyiti çıxarılaraq, xəstəxananın morquna yerləşdirilib.

 

Xəsarət alanlardan bir nəfər reanimasiya şöbəsində yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir. 

 

Ölən şəxslərin məktəbin tikintisində iştirak edən 24-30 yaşlı fəhlələr olduğu bildirilir.